Tramp: Qeyri-qanuni miqrasiya və energetika Avropanı məhv edir
ABŞ Prezidenti Donald Tramp qeyri-qanuni miqrasiya və enerji siyasətinin Avropanın üzləşdiyi əsas problemlərdən biri olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Donald Tramp bu barədə açıqlama verib.
Onun sözlərinə görə, qeyri-qanuni miqrasiya və enerji sahəsindəki mövcud siyasət Avropaya ciddi zərər vurur.
Tramp enerji sahəsində Böyük Britaniyanı misal göstərərək bildirib ki, ölkə dünyanın ən zəngin enerji mənbələrindən biri hesab olunan Şimal dənizi ehtiyatlarına malik olsa da, buna baxmayaraq Norveçdən enerji resursları idxal etməyə davam edir.
ABŞ Prezidenti iddia edib ki, bu siyasət Böyük Britaniyanı iqtisadi baxımdan "müflis olmağa" aparır.
10:32 04.08.2026
Oxunuş sayı: 64