Leninqrad vilayətində PUA hücumu anbar zonasına ziyan vurub
Rusiyanın Leninqrad vilayətində hava hücumundan müdafiə qüvvələrinin 15 pilotsuz uçuş aparatını (PUA) vurmasından sonra Tosno rayonundakı anbar zonasında zədələnmə qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru məlumat yayıb.
Bildirilib ki, zədələnmə Tosno rayonunda yerləşən anbar ərazisində aşkarlanıb.
Qubernatorun sözlərinə görə, hadisənin nəticələri araşdırılır. İlkin məlumata əsasən, xəsarət alanlar barədə məlumat yoxdur.
09:47 04.08.2026
Oxunuş sayı: 47