Podolyak: Səfərbərlikdən yayınanlar bank hesablarına çıxışı itirməlidir
Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak səfərbərlikdən yayınan şəxslərə qarşı bank hesablarının bloklanması da daxil olmaqla məhdudiyyətlərin tətbiqini dəstəklədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Mixaylo Podolyak bu barədə açıqlama verib.
Podolyakın sözlərinə görə, səfərbərlikdən yayınmaq digər qanun pozuntuları kimi hüquqi məsuliyyət yaradır və bu səbəbdən həmin şəxslərə qarşı tətbiq olunan məhdudiyyətlər əsaslıdır.
"O halda ki, səfərbərlikdən yayınan şəxsin bank hesabları bloklanır, o, cəmiyyətdə rahat həyat sürmək imkanını itirir. Necə ki, cinayət törətmiş şəxs saxlanıldıqdan sonra cəmiyyətin bütün üstünlüklərindən istifadə edə bilmir", – deyə Prezident Ofisinin müşaviri bildirib.
Podolyak hesab edir ki, bu cür tədbirlər qanunvericiliyin tələblərinin icrasını təmin etməyə xidmət edir.
09:27 04.08.2026
Oxunuş sayı: 59