Böyük istehsal planı: ABŞ raket istehsalını üç dəfə artıracaq
ABŞ Müdafiə Nazirliyi ˝Patriot PAC-3˝ və ˝THAAD˝ hava hücumundan müdafiə sistemləri üçün komponentlərin istehsalını artırmaq məqsədilə Lockheed Martin və Northrop Grumman ilə çərçivə sazişi imzalayıb.
Crossmedia.az xəbər verir ki, ˝Reuters˝-in məlumatına görə, ABŞ Müdafiə Nazirliyi bu addımın Patriot raketlərinin istehsalını üç dəfə, THAAD raketlərinin istehsalını isə dörd dəfə artırmağa imkan verəcəyini bildirib.
Bundan əvvəl ABŞ ordusu Lockheed Martin ilə Patriot sistemləri üçün raketlərin istehsalına dair dəyəri 58,6 milyard dollara qədər olan müqavilə də bağlayıb.
22:12 03.08.2026
Oxunuş sayı: 60