Zelenski: Putin SSRİ-ni yenidən bərpa etmək istəyir
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin Sovet İttifaqını yenidən bərpa etməyə çalışdığını iddia edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Putinin məqsədi artıq dağılmış olanı yenidən bir araya gətirməkdir. Keçmiş SSRİ ölkələri nə qədər güclü və müstəqil olsalar, onun üçün bir o qədər çətin olacaq”, – Zelenski bildirib.
Onun sözlərinə görə, Ukrayna bu planın əsas elementlərindən biridir.
“Putin bizi sındırmaq istəyir. Əgər buna nail olsa, postsovet məkanındakı digər ölkələrlə də onun üçün daha asan olacaq”, – Ukrayna prezidenti deyib.
Zelenski əlavə edib ki, hər kəs bunu anlayır və Ukraynanın müstəqillik uğrunda mübarizəsini yüksək qiymətləndirir. Onun sözlərinə görə, bu mübarizənin çox yüksək bədəli olub və ukraynalılar həyatları bahasına müstəqilliklərini qoruyublar.
21:16 03.08.2026
Oxunuş sayı: 49