Qazaxıstanda nələr baş verir? - Ordu genişmiqyaslı yerdəyişməyə başlayıb
Qazaxıstanda Batıl Toytarıs – 2026 (Qətiyyətli müqavimət) təlimlərinə hazırlıq çərçivəsində ölkə ərazisi boyunca genişmiqyaslı hərbi qüvvə yerdəyişməsinə başlanılıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin bildirdiyinə görə, təlimlər ölkənin müxtəlif bölgələrindəki poliqonlarda keçiriləcək və Silahlı Qüvvələrin müasir şəraitdə qarşıya qoyulan vəzifələri yerinə yetirməyə hazırlığını yoxlamağa yönələcək. Təlimlər zamanı müxtəlif qoşun növləri və bölmələri arasında qarşılıqlı fəaliyyət də məşq ediləcək.
Qeyd olunub ki, hərbçilərin ölkə ərazisində yerdəyişməsi avtomobil karvanları, dəmir yolu eşelonları və aviasiyadan istifadə edilməklə kombinə edilmiş şəkildə həyata keçiriləcək.
19:38 03.08.2026
Oxunuş sayı: 54