Rusiyada “Apple”ə qarşı iş açılıb
Rusiyanın Federal Antiinhisar Xidməti (FAS) Apple şirkətinə qarşı iş qaldırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, qurumun məlumatına görə, Apple iOS sistemində milli messencerin və Rusiyanın tətbiq mağazasının əvvəlcədən quraşdırılması ilə bağlı xəbərdarlığı yerinə yetirməyib.
FAS həmçinin bildirib ki, Apple-ın məlumatına əsasən, iyulun 27-dən etibarən iOS-un yenilənmiş versiyasında Rusiyanın axtarış sisteminin əvvəlcədən quraşdırılması imkanı mövcuddur.
19:16 03.08.2026
Oxunuş sayı: 47