Keçmiş mətbuat katibi: Ukraynanın enerji sistemi parçalanıb
Ukrayna Prezidentinin keçmiş mətbuat katibi Yuliya Mendel ölkənin enerji sisteminin parçalandığını, neft emalı zavodlarının isə dağıdıldığını bildirib.
Crossmedia.az bu barədə ˝TASS˝ agentliyinə istinadən xəbər verir.
Onun sözlərinə görə, bu vəziyyət adi ukraynalılar üçün yanacaqdoldurma məntəqələrində daha uzun növbələr, yanacağın qiymətinin artması və işlək yanacaqdoldurma məntəqəsi tapmaqda çətinliklərin yaranması deməkdir.
Mendel qeyd edib ki, ölkənin enerji infrastrukturu sistemli şəkildə dağıdılmaqda davam edir.
19:08 03.08.2026
Oxunuş sayı: 52