Ruben Rubinyan Ermənistan parlamentinin yeni sədri seçilib
Ermənistan parlamentində hakim “Mülki müqavilə” partiyasının 36 yaşlı deputatı Ruben Rubinyan Milli Məclisin (parlamentin) sədri seçilib.
Crossmedia.az xəbər verir ki, “News.am” bu barədə məlumat yayıb.
Səsvermədə parlamentin 105 deputatından 91-i iştirak edib. Ruben Rubinyanın namizədliyini 63 deputat dəstəkləyib.
Müxalif “Ermənistan” bloku səsverməni tamamilə boykot edib. “Güclü Ermənistan” fraksiyası isə Rubinyanın namizədliyinin əleyhinə səs verib.
Ruben Rubinyan bundan əvvəl Ermənistan Milli Məclisinin sədr müavini vəzifəsini tutub.
17:50 03.08.2026
Oxunuş sayı: 47