Bu gənc xanıma Ermənistanda yüksək vəzifə verildi
Ermənistanın ABŞ-də keçmiş səfiri Lilit Makunts Baş nazir Nikol Paşinyanın qərarı ilə Ermənistan Baş nazirinin Aparat rəhbəri vəzifəsinə təyin olunub.
Crossmedia.az xəbər verir ki, Ermənistan hökuməti bu barədə məlumat yayıb.
Məlumata görə, Lilit Makunts yeni vəzifəsində rəsmi olaraq fəaliyyətə başlayıb.
Qeyd edək ki, Makunts bundan əvvəl Ermənistanın ABŞ-də fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. O, həmçinin Ermənistan parlamentində hakim "Mülki Müqavilə" partiyasının nümayəndəsi kimi fəaliyyət göstərib.
17:53 03.08.2026
Oxunuş sayı: 51