Boris Nadejdin Fransaya gedib
Rusiyada prezidentliyə keçmiş namizəd Boris Nadejdin ölkəni tərk etdiyini və hazırda Fransada olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Boris Nadejdin bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Sağam və azadam", – deyə o, Fransaya getdiyini açıqlayıb.
Xatırladaq ki, Boris Nadejdinin 2024-cü ildə Rusiya prezident seçkilərində namizəd kimi qeydiyyata alınmasına icazə verilməmişdi.
2026-cı ildə isə o, "xarici agentlər" reyestrinə daxil edildikdən və Aleksey Navalnının fotosu olan videoya keçid paylaşdığına görə barəsində inzibati iş açıldıqdan sonra məhkəmə qərarı ilə bir il müddətinə seçkilərdə namizəd olmaq hüququndan məhrum edilmişdi.
17:37 03.08.2026
Oxunuş sayı: 45