Ukrayna: Rusiya Odessa sahillərində yük gəmisinə zərbə endirib
Ukrayna tərəfi Rusiyanın Odessa sahilləri yaxınlığında üzən növbəti yük gəmisinə hücum etdiyini və nəticədə gəmidə yanğın baş verdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna rəsmiləri məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində yük gəmisində yanğın başlayıb. Hadisə ilə bağlı zərərçəkənlər və dağıntıların miqyası barədə hələlik ətraflı məlumat verilməyib.
Rusiya tərəfi isə bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib. Hadisə müstəqil mənbələr tərəfindən də təsdiqlənməyib.
17:34 03.08.2026
Oxunuş sayı: 50