İran ABŞ-yə məxsus MQ-9 Reaper PUA-sını vurduğunu iddia edir
İran mediası ölkənin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava-Kosmik Qüvvələrinin hava hücumundan müdafiə sisteminin Hörmüz boğazı üzərində ABŞ-yə məxsus MQ-9 Reaper kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını vurduğunu iddia edib.
Crossmedia.az xəbər verir ki, İran KİV-i bu barədə məlumat yayıb.
Məlumata görə, PUA SEPAH-ın müasir hava hücumundan müdafiə sistemi tərəfindən aşkarlanaraq məhv edilib.
İddia ilə bağlı ABŞ tərəfi hələlik rəsmi açıqlama verməyib. Hadisə barədə müstəqil mənbələrdən də təsdiq yoxdur.
Qeyd edək ki, Hörmüz boğazı son aylarda İran və ABŞ arasında gərginliyin yüksək olduğu strateji bölgələrdən biri hesab olunur.
17:56 03.08.2026
Oxunuş sayı: 45