10 min dollarlıq maaş iddiası – Deputat çətin suallarla üzləşdi
Ermənistan parlamenti sədrinin müavini vəzifəsinə namizəd Ayk Koncoryan həyat yoldaşının dövlət poçt operatoru "HayPost" şirkətinə rəhbərlik edərək aylıq təxminən 3,6 milyon dram (təxminən 10 min ABŞ dolları) əməkhaqqı alması ilə bağlı iddiaları təkzib etməyib.
Crossmedia.az xəbər verir ki, "Sputnik Ermənistan" bu barədə məlumat yayıb.
Məlumata görə, parlamentdə Ayk Koncoryanın namizədliyinin müzakirəsi zamanı "Ermənistan" fraksiyasının deputatı Aqnesa Hamoyan bildirib ki, ölkə prezidentinin aylıq maaşı təxminən 1,5 milyon dram, baş nazirin maaşı isə bundan bir qədər çoxdur.
Müxalifət təmsilçisi Koncoryanın həyat yoldaşının yüksək maaşlı vəzifəyə təyin edilməsində himayədarlıq elementinin olub-olmadığını da soruşub.
Ayk Koncoryan isə cavabında həyat yoldaşının vəzifəyə açıq müsabiqənin nəticələrinə əsasən təyin olunduğunu bildirib. Onun sözlərinə görə, həyat yoldaşı bundan əvvəl beş il ərzində "HayPost" şirkətinin idarələrindən birinə rəhbərlik edib.
15:54 03.08.2026
Oxunuş sayı: 66