Krasnodarda PUA qalıqları 4 nəfərin ölümünə səbəb olub
Rusiyanın Krasnodar diyarının Arxipo-Osipovka qəsəbəsində pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb, 10 nəfər isə xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, Krasnodar diyarının Operativ Qərargahı bu barədə məlumat yayıb.
Məlumata görə, həlak olanlar arasında bir uşaq da var. Yaralanan 10 nəfərdən ikisinin isə uşaq olduğu bildirilib.
Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar barədə əlavə məlumat verilməyib. Aidiyyəti qurumlar ərazidə araşdırmaları davam etdirir.
15:17 03.08.2026
Oxunuş sayı: 62