Rusiyada işarələnməmiş biznes zəngləri bloklanır
Rusiyada mobil operatorlar hüquqi şəxslərdən gələn işarələnməmiş zəngləri və müqavilə əsasında həyata keçirilməyən kütləvi avtomatlaşdırılmış çağırışları bloklamağa başlayıb.
Crossmedia.az xəbər verir ki, "Kommersant" bu barədə bazardakı mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, 2025-ci il sentyabrın 1-dən hüquqi şəxslərdən edilən zənglərin məcburi şəkildə işarələnməsi ilə bağlı yeni tələblər qüvvəyə minib.
Qaydalara əsasən, şirkətlərdən gələn zənglər zamanı zəng edən təşkilatın adı və digər məlumatlar abonent üçün görünməlidir. Yeni mexanizmin tətbiqində əsas məqsəd vətəndaşları özünü qanuni biznes kimi təqdim edən fırıldaqçılardan qorumaqdır.
Məlumata görə, operatorlar həmçinin əvvəlcədən müqavilə bağlanmadan həyata keçirilən kütləvi avtomatik zənglərə qarşı da məhdudiyyətlər tətbiq edir.
13:24 03.08.2026
Oxunuş sayı: 64