Rusiya: Gecə ərzində 80-dən çox Ukrayna hərbçisi zərərsizləşdirilib
Rusiyanın "Şimal" qoşun qruplaşması Sumı və Xarkov vilayətlərində gecə ərzində həyata keçirilən əməliyyatlar zamanı Ukrayna Silahlı Qüvvələrinə məxsus bir sıra hədəflərin vurulduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
"Şimal" qoşun qruplaşmasının məlumatına görə, artilleriya bölmələri pilotsuz uçuş aparatları sistemlərinin operatorları ilə birgə Sumı və Xarkov vilayətlərində 200-dən çox atəş tapşırığını yerinə yetirib.
Bildirilib ki, zərbələr nəticəsində Ukrayna Silahlı Qüvvələrinə məxsus 18 pilotsuz uçuş aparatının idarəetmə məntəqəsi, 3 artilleriya qurğusu, bir sursat anbarı, 2 radioelektron mübarizə (REM) stansiyası və yüksək keçid qabiliyyətinə malik 21 avtomobil məhv edilib.
Rusiya tərəfi həmçinin əməliyyat zamanı Ukrayna Silahlı Qüvvələrinin 80-dən çox hərbçisinin zərərsizləşdirildiyini iddia edib. Ukrayna tərəfi bu məlumatla bağlı hələlik açıqlama verməyib.
09:51 03.08.2026
Oxunuş sayı: 65