Zelenskinin keçmiş sözçüsü hər şeyi açıqladı: Xalqın etimadı sarsılıb
Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkədə dəstək səviyyəsi olduqca aşağıdır.
Crossmedia.az xəbər verir ki, “Journal du Dimanche” nəşrinin məlumatına görə, bunu Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel deyib.
Mendel bildirib ki, Zelenskini yalnız mövcud sistemdən fayda əldə edən şəxslər dəstəkləyir.
Onun sözlərinə görə, Ukrayna Zelenskinin hakimiyyəti dövründə avtoritar idarəçiliyə çevrilib, əhalinin hakimiyyətə etimadı sarsılıb və hərbçilərin motivasiyası azalıb.
21:36 02.08.2026
Oxunuş sayı: 56