HƏMAS Qəzzanın gələcəyində istənilən rolu oynamağa hazır olduğunu bəyan edib
HƏMAS hərəkatı Qəzza zolağının gələcəyində vəzifə tutmağa can atmadığını, lakin yaranacaq yeni siyasi prosesdə üzərinə düşəcək istənilən rolu oynamağa hazır olduğunu açıqlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Hərəkatın nümayəndəsi Xalid əl-Qaddum TASS-a bildirib ki, HƏMAS Fələstin cəmiyyətinin əsas siyasi qüvvələrindən biri statusunu qoruyub saxlayır. Onun sözlərinə görə, mövcud şəraitdə təşkilat ümummilli təşəbbüslərə və milli birliyi hədəfləyən siyasi proseslərə şans verməyə hazırdır.
12:18 02.08.2026
Oxunuş sayı: 65