Ermənistan Prezidenti Nikol Paşinyanın istefasını qəbul edib
Ermənistan Prezidenti Baş nazir Nikol Paşinyanın və onun rəhbərlik etdiyi hökumətin istefasını qəbul edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Konstitusiyaya uyğun olaraq, hökumətin istefasının qəbul edilməsindən sonra yeni hökumət formalaşdırılanadək Baş nazir və nazirlər öz vəzifələrini müvəqqəti olaraq icra etməyə davam edəcəklər.
Hazırda yeni hökumətin tərkibinin formalaşdırılması və növbəti təyinatlarla bağlı rəsmi qərarların yaxın günlərdə açıqlanacağı gözlənilir.
12:14 02.08.2026
Oxunuş sayı: 68