Ukrayna PUA-ları Rusiyada binaya zərbə endirdi: Ölənlər var
Rusiyanın Saratov vilayətinin Engels şəhərində Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində çoxmənzilli yaşayış binasına ziyan dəyib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, qubernatorun sözlərinə görə, hadisə nəticəsində iki nəfər həlak olub. O, həyatını itirənlərin ailəsinə lazımi yardımın göstəriləcəyini bildirib. Yaralananlarla bağlı isə məlumat verilməyib.
Bildirilib ki, zərər görmüş binanın sakinləri müvəqqəti yerləşdirmə məntəqələrinə köçürüləcək. Binanın texniki vəziyyəti mütəxəssislər tərəfindən qiymətləndirildikdən sonra dəymiş ziyanın hesablanması üçün xüsusi komissiya fəaliyyətə başlayacaq, ərazinin mühafizəsi də təşkil olunacaq.
10:29 02.08.2026
Oxunuş sayı: 69