İsraildə Trampın İran qərarı ilə bağlı gərginlik pik həddə çatıb
İsrail hökumətində ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatları bərpa edə biləcəyi ehtimalı fonunda narahatlıq artıb.
Crossmedia.az xəbər verir ki, N12 telekanalı bu barədə məlumat yayıb. Məlumata görə, Təl-Əvivdə hesab edirlər ki, Tramp hazırda İrana genişmiqyaslı zərbə endirmək qərarına əvvəlkindən daha yaxındır və Tehranla aparılan danışıqları vaxt uzatmaq cəhdi kimi qiymətləndirir.
İsrailli rəsmilərin fikrincə, ABŞ prezidenti zərbələrin miqyası ilə bağlı hələ yekun qərar verməyib. Mənbənin sözlərinə görə, Trampa təqdim olunan ssenarilərdən biri İranın enerji infrastrukturuna məhdud zərbələrin endirilməsini nəzərdə tutur.
N12-nin həmsöhbəti bildirib ki, belə bir addım İsraildə təhlükəsizlik vəziyyətini daha da gərginləşdirə və regionda sabitliyə təsir göstərə bilər.
10:18 02.08.2026
Oxunuş sayı: 70