Gecə Rusiyaya yüzlərlə PUA hücumu edildi
Rusiya Müdafiə Nazirliyi avqustun 2-nə keçən gecə ölkə ərazisinə yönələn yüzlərlə Ukrayna pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb. Məlumata əsasən, növbətçi hava hücumundan müdafiə qüvvələri gecə ərzində 635 təyyarə tipli Ukrayna PUA-sını ələ keçirərək məhv edib.
Bildirilib ki, pilotsuz aparatların bir hissəsi Qara və Azov dənizləri üzərində vurulub. Digərləri isə Krım, Moskva vilayəti, Krasnodar diyarı, eləcə də Saratov, Kursk, Volqoqrad, Tambov, Lipetsk, Rostov, Kaluqa, Belqorod, Ryazan, Tula, Voronej, Oryol və Bryansk vilayətləri üzərində zərərsizləşdirilib.
Saratov vilayətinin qubernatoru Roman Busargin gecə hücumu nəticəsində iki nəfərin həyatını itirdiyini bildirib. Onun sözlərinə görə, zərərçəkənlərə lazımi yardım göstərilir.
Rostov vilayətinin rəhbəri Yuri Slyusar isə region üzərində 150-yə yaxın PUA-nın vurulduğunu, onların qalıqlarının Millerovo rayonunda taxıl elevatorunun damına düşərək yanğına səbəb olduğunu açıqlayıb. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilib.
10:03 02.08.2026
Oxunuş sayı: 63