Səudiyyə vəliəhdi Trampdan İrana zərbələri dayandırmağı istədi
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampdan İrana qarşı hərbi zərbələri dayandırmağı xahiş edib.
Crossmedia.az xəbər verir ki, "Axios" bu barədə məlumat yayıb. Məlumata görə, telefon danışığı zamanı bin Salman Trampın İrana qarşı genişmiqyaslı hücum planları ilə bağlı narahatlığını ifadə edib və Vaşinqtonun bundan sonrakı addımları barədə aydınlıq gətirilməsini istəyib.
Nəşrin istinad etdiyi ABŞ rəsmisinin sözlərinə görə, Tramp cavabında Tehranla mümkün razılaşma naminə planlaşdırılan güclü hücumu ləğv etməyə razılaşdığını bildirib.
ABŞ prezidenti daha əvvəl bəyan etmişdi ki, Vaşinqtonun İranla bağlı strategiyası ya hərbi əməliyyatların genişləndirilməsini, ya da razılaşmanın əldə olunmasını nəzərdə tutur. Onun sözlərinə görə, diplomatik həll yolu hərbi ssenaridən daha məqsədəuyğundur.
09:51 02.08.2026
Oxunuş sayı: 69