Netanyahu Ukraynaya silah yardımını əngəlləyib
İsrailin Baş naziri Benyamin Netanyahu Ukraynaya Dəmir günbəz raketdən müdafiə sistemlərinin verilməsinə qarşı çıxıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.
İsrailin Vaşinqtondakı səfirliyi sistemlərin Kiyevə təhvil verilməməsini texnologiyanın İrana keçə biləcəyi ilə bağlı narahatlıqla izah edib.
Bununla yanaşı, Tel-Əviv ABŞ-yə “Patriot” hava hücumundan müdafiə sistemlərinin batareyalarını geri qaytarıb ki, onların Ukraynaya göndərilməsi mümkün olsun.
18:20 01.08.2026
Oxunuş sayı: 50