Litva Rusiyanın nümayəndəsini XİN-ə çağıracaq
Litva Xarici İşlər Nazirliyi Kiyevdə yerləşən səfirliyinə endirilən zərbə ilə bağlı Rusiyanın nümayəndəsini nazirliyə çağırmaq qərarına gəlib.
Crossmedia.az xəbər verir ki, Litvanın xarici işlər naziri Kestutis Budris bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Nazirin sözlərinə görə, hücum nəticəsində səfirlik binasına ziyan dəysə də, diplomatik missiyanın əməkdaşları arasında xəsarət alan olmayıb.
Budris bildirib ki, insidentlə əlaqədar Litva tərəfi etirazını rəsmi şəkildə Rusiyanın nümayəndəsinə çatdıracaq.
16:38 01.08.2026
Oxunuş sayı: 55