Fransada meşə yanğınları ilə bağlı saxlanılanların sayı 328-ə çatıb
Fransada təbii yanğınlarla bağlı aparılan araşdırmalar çərçivəsində saxlanılan şəxslərin sayı 328 nəfərə yüksəlib.
Crossmedia.az xəbər verir ki, "BFMTV" bu barədə məlumat yayıb.
Fransanın daxili işlər naziri Loran Nünyez bildirib ki, saxlanılan şəxslər yanğınların baş verməsində mümkün iştiraklarına görə istintaqa cəlb olunublar.
Nazir əlavə edib ki, hüquq-mühafizə orqanları yanğınların səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmaları davam etdirir.
17:32 01.08.2026
Oxunuş sayı: 51