Yekaterinburqda Müqəddəs Yekaterina məbədinin tikintisi planlaşdırılır
Yekaterinburq meri Aleksey Orlov şəhərdə Müqəddəs Yekaterina adına məbədin tikiləcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, "Ura.ru" bu barədə məlumat yayıb.
Avqustun 1-də qeyd olunan Yekaterinburq Şəhər Günü münasibətilə Aleksey Orlov səhər saatlarında Əmək Meydanında yerləşən Müqəddəs Yekaterina kapellasını ziyarət edib.
Mer bildirib ki, yaxın gələcəkdə Şəhər Günü tədbirləri ənənəvi olaraq ibadətlə başlayacaq. Onun sözlərinə görə, bu mərasim artıq kapellada deyil, tikintisi planlaşdırılan Müqəddəs Yekaterina məbədində keçiriləcək.
17:38 01.08.2026
Oxunuş sayı: 53