Türkiyədə Ərdoğana sui-qəsd hazırlayan son şübhəli saxlanılıb
Türkiyə xüsusi xidmət orqanları 2016-cı il iyulun 15-də dövlət çevrilişi cəhdi zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd hazırlamaqda ittiham olunan sonuncu şübhəlini saxlayıb.
Crossmedia.az xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi bu barədə X sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxs Burkay Karatəpədir. O, ölkənin qərbində yerləşən Afyonkarahisar şəhərində keçirilən əməliyyat zamanı yaxalanıb.
Nazirliyin məlumatına görə, Karatəpə Türkiyədə terror təşkilatı elan edilmiş FETÖ-nün üzvüdür və 10 il ərzində axtarışda olub.
17:45 01.08.2026
Oxunuş sayı: 55