Rusiyadan Ermənistana XƏBƏRDARLIQ: 400 milyon dollara başa gələ bilər
Rusiyanın "RJD" şirkəti Ermənistan hakimiyyətini Cənubi Qafqaz Dəmir Yolları ilə bağlanmış konsessiya müqaviləsinin birtərəfli qaydada ləğv ediləcəyi təqdirdə yüz milyonlarla dollar kompensasiya ödəməli olacağı barədə xəbərdar edib.
Crossmedia.az xəbər verir ki, "Tasnim News" bu barədə məlumat yayıb.
Məlumata görə, "RJD" bildirib ki, Ermənistan hökuməti 2008-ci ildən etibarən dəmir yolu infrastrukturuna yatırılan bütün investisiyaları geri qaytarmalı olacaq.
Rusiyanın "RJD" şirkətinin baş direktoru Oleq Belozyorovun sözlərinə görə, söhbət təxminən 400 milyon ABŞ dolları həcmində vəsaitdən gedir.
Qeyd edək ki, "Cənubi Qafqaz Dəmir Yolları" Ermənistanda dəmir yolu şəbəkəsini konsessiya əsasında idarə edir.
16:03 01.08.2026
Oxunuş sayı: 60