Atəşkəs razılaşmasına baxmayaraq, Qəzzada üç fələstinli öldürülüb
Qəzza zolağında atəşkəsin növbəti mərhələsinin həyata keçirilməsi ilə bağlı razılaşma elan olunsa da, İsrailin zərbələri nəticəsində üç fələstinli həlak olub.
Crossmedia.az xəbər verir ki, "Anadolu" agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, hücumlar ABŞ Prezidenti Donald Trampın Qəzzada atəşkəsin ikinci mərhələsinin icrası ilə bağlı razılaşmanın əldə olunduğunu açıqlamasından cəmi bir gün sonra baş verib.
Hadisənin təfərrüatları və ölən şəxslərin kimliyi barədə əlavə məlumat açıqlanmayıb. İsrail tərəfi isə hücumlarla bağlı hələlik rəsmi açıqlama verməyib.
15:48 01.08.2026
Oxunuş sayı: 62