Elista hava limanı bir aylıq bağlanıb
Rusiyanın Kalmıkiya Respublikasındakı Elista hava limanı uçuş-enmə zolağının əsaslı təmirinin son mərhələsi ilə əlaqədar bir aylıq fəaliyyətini dayandırıb.
Crossmedia.az xəbər verir ki, "İnterfaks" bu barədə hava limanının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, təmir işləri avqustun 31-dək davam edəcək. Bu müddət ərzində hava limanı reysləri qəbul etməyəcək və yola salmayacaq.
Bildirilib ki, yeni aerodrom örtüyünün qısa müddətdə salınması üçün uçuşların müvəqqəti dayandırılması zəruri hesab olunub.
11:36 01.08.2026
Oxunuş sayı: 55