Ukrayna ordusu işçi avtobusunu vurub: 1 nəfər öldü
Ukrayna Silahlı Qüvvələrinin Zaporojye vilayətində işçiləri daşıyan avtobusa zərbə endirməsi nəticəsində bir nəfər həlak olub.
Crossmedia.az xəbər verir ki, Rusiyanın Zaporojye vilayətinin rəhbəri Yevgeni Balitski bu barədə "Maks" platformasındakı rəsmi kanalında məlumat yayıb.
Məlumata görə, hücum Dneprorudnı Dəmir Filizi Kombinatının əməkdaşlarını daşıyan avtobusa qarşı həyata keçirilib.
Balitski bildirib ki, zərbə nəticəsində bir nəfər həyatını itirib. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.
Faktla bağlı araşdırma aparılır.
10:38 01.08.2026
Oxunuş sayı: 52