Malidə hərbi liderin hakimiyyəti daha 5 il uzadılır
Mali hökuməti hərbi keçid rəhbəri Assimi Goitanın səlahiyyət müddətinin daha beş il uzadılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, “Associated Press” bu barədə məlumat yayıb.
Məlumata görə, qanun layihəsi çərşənbə günü Mali Nazirlər Şurasının iclasında qəbul edilib. Sənəd qüvvəyə minərsə, 2020 və 2021-ci illərdə iki hərbi çevriliş nəticəsində hakimiyyətə gələn general Assimi Goita daha beş il ölkəyə rəhbərlik edəcək.
Qərar hərbi administrasiyanın may ayında ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaları ləğv etməsindən sonra qəbul edilib.
Qanun layihəsi ölkədə keçid dövrünün daha da uzadılması kimi qiymətləndirilir və onun qüvvəyə minməsi üçün növbəti hüquqi prosedurların tamamlanması gözlənilir.
10:22 01.08.2026
Oxunuş sayı: 55