Pattayada saxlanılan şəxs seriyalı qatil imiş
Taylandın Pattaya şəhərində Rusiya vətəndaşlarının qətli ilə bağlı saxlanılan şəxs seriyalı qatil olub.
Crossmedia.az xəbər verir ki, "Thairath" bu barədə məlumat yayıb.
Məlumata görə, saxlanılan 43 yaşlı Tan Kıtthonq (ləqəbi Ponq) əvvəllər dəfələrlə məhkum olunub və onun ən azı beş nəfərin ölümündə iştirak etdiyi müəyyən edilib.
Nəşrin yazdığına görə, həmin şəxs qətli törədən dörd nəfərlik cinayətkar qrupun üzvüdür.
Bildirilir ki, bu dəstə iyunun ortalarında da Tayland ailəsinin evinə silahlı hücum edib. Həmin cinayətin əsas motivi avtomobil oğurluğu olub.
09:54 01.08.2026
Oxunuş sayı: 53