Yəmən Bab əl-Məndəb rüsumu iddialarını təkzib etdi
Yəmən Bab əl-Məndəb boğazından keçən gəmilər üçün rüsum tətbiq ediləcəyi barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, "Tasnim" bu barədə məlumat yayıb.
Sənada fəaliyyət göstərən Humanitar Əməliyyatların Əlaqələndirmə Mərkəzi (HOCC) yayılan xəbərlərə münasibət bildirərək, Yəmənin Bab əl-Məndəb boğazından keçən gəmilərdən ödəniş alınması ilə bağlı hər hansı qərar qəbul etmədiyini bəyan edib.
Mərkəzin açıqlamasında qeyd olunub ki, bu mövzuda sosial şəbəkələrdə və bəzi media resurslarında yayılan məlumatlar həqiqətə uyğun deyil.
HOCC bildirib ki, boğazdan keçən gəmilər üçün rüsum müəyyənləşdirilməsi və həmin ödənişlərin toplanması barədə iddialar əsassızdır.
09:38 01.08.2026
Oxunuş sayı: 51