Rusiya: Gecə 274 PUA məhv edildi
Rusiya Müdafiə Nazirliyi ötən gecə ölkənin müxtəlif bölgələri üzərində Ukraynaya məxsus 274 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, "İnterfaks" bu barədə məlumat yayıb.
Məlumata görə, PUA-lar Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kaluqa, Kursk, Lipetsk, Oryol, Rostov, Ryazan, Saratov, Smolensk, Tambov və Tula vilayətləri, Moskva bölgəsi, Krım, Krasnodar diyarı, həmçinin Azov və Qara dəniz üzərində vurulub.
Rusiya tərəfi insident nəticəsində dağıntılar və ya xəsarət alanlar barədə əlavə məlumat verməyib. Ukrayna isə bu məlumatla bağlı hələlik rəsmi açıqlama yaymayıb.
09:31 01.08.2026
Oxunuş sayı: 54