Rusiyanın 10 aeroportunda uçuşlara məhdudiyyət tətbiq olunub
Rusiyada bir sıra hava limanlarının fəaliyyəti müvəqqəti dayandırılıb.
Crossmedia.az xəbər verir ki, "İnterfaks" bu barədə məlumat yayıb.
Məlumata görə, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) Yaroslavl, Ufa, Çeboksarı, Samara, Orenburq, Nijni Novqorod, Nijnekamsk, Kazan, Buqulma və Tambov hava limanlarında uçuşların qəbul və yola salınmasına müvəqqəti məhdudiyyət qoyub.
Qeyd olunub ki, tətbiq edilən məhdudiyyətlər təhlükəsizlik məqsədi daşıyır. Hava limanlarının fəaliyyətinin nə vaxt bərpa olunacağı barədə hələlik rəsmi məlumat verilməyib.
09:17 01.08.2026
Oxunuş sayı: 59