NATO Ermənistan uğrunda açıq mübarizəyə başlayıb
Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev bildirib ki, NATO Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqlərindən uzaqlaşdırmağa çalışır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Diplomat qeyd edib ki, regionun tarixini, o cümlədən çoxəsrlik dövrü araşdıranlar erməni xalqının taleyinin mürəkkəb və bəzən qanlı olduğunu göstərən çoxsaylı faktlar tapa bilərlər.
Vasilyevin sözlərinə görə, Ermənistanın təhlükəsizliyinin və rifahının uzun illər ərzində əsas qarantının kim olduğu sualının cavabı birmənalıdır və göz qabağındadır.
22:54 31.07.2026
Oxunuş sayı: 53