ABŞ Ukraynanın “Patriot” istehsalına razılıq verməyib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin istehsalı üçün razılıq verməyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Trampın sözlərinə görə, ABŞ indiyədək heç bir ölkəyə “Patriot” sistemlərinin istehsal texnologiyalarını ötürməyib və belə bir addımın atılması ehtimalı azdır.
O, bu məsələdə ehtiyatlı olmaq lazım olduğunu vurğulayıb və istehsal texnologiyalarının ötürülməsi nəticəsində hazırlanan silahların gələcəkdə ABŞ-yə qarşı yönəldilə biləcəyini qeyd edib.
20:38 31.07.2026
Oxunuş sayı: 52