Danimarka şahzadəsi maaşdan imtina edib
Danimarka şahzadəsi İzabella orduda xidmət edəcəyi müddətdə maaş almaqdan imtina edib.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝B.T˝ nəşri məlumat yayıb.
Şahzadə avqust ayında Qvardiya Hussar Alayında 11 aylıq hərbi xidmətə başlayacaq.
Nəşrin məlumatına görə, hərbi xidmət keçən şəxslərə adətən ayda təxminən 1,38 min dollar məbləğində ödəniş edilir. İzabella isə bu ödənişi almaqdan imtina edib.
18:55 31.07.2026
Oxunuş sayı: 66