“Passat Sedan” Türkiyəyə qayıdacaq? – Rəsmi açıqlama
"Volkswagen Passat Sedan" modelinin yenidən Türkiyə bazarına çıxarılması ilə bağlı hazırda hər hansı plan yoxdur.
Crossmedia.az xəbər verir ki, "Habertürk" bu barədə məlumat yayıb.
"Doğuş Otomotiv" şirkətinin İcra və İdarə Heyətinin sədri Ali Bilaloğlu bildirib ki, əvvəlki nəsil "Volkswagen Passat Sedan" dünyada ən çox məhz Türkiyədə satılıb və satış göstəriciləri hətta Almaniyanı da geridə qoyub.
Onun sözlərinə görə, "Volkswagen" qlobal strategiyası çərçivəsində "Passat Sedan" və "Jetta" modellərini Avropa bazarından çıxarmaq qərarı verib. Buna səbəb isə Avropada sedan avtomobillərə tələbatın azalması olub.
Bilaloğlu qeyd edib ki, Türkiyədə də Avropa İttifaqı standartlarına uyğun avtomobillər satışa çıxarıldığı üçün bu qərar yerli bazara da təsir edib.
Bununla yanaşı, o əlavə edib ki, gələcəkdə sedan modellərin yenidən Türkiyə bazarına qayıtması tam istisna edilmir. Lakin hazırkı mərhələdə bununla bağlı konkret plan mövcud deyil.
Şirkət rəhbəri yaxın dövrdə bir sıra yeni avtomobil modellərinin Türkiyəyə gətiriləcəyini də açıqlayıb.
17:57 31.07.2026
Oxunuş sayı: 65