Medvedçuk: Zelenski ABŞ-ni Rusiya ilə müharibəyə cəlb etmək istəyirdi
Ukraynalı siyasətçi Viktor Medvedçuk Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə son səfəri ilə bağlı sərt açıqlama verib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Medvedçukun sözlərinə görə, Zelenski ABŞ-dən istədiyini ala bilməyib və "əliboş" qayıdıb.
O iddia edib ki, Zelenskinin əsas məqsədi ABŞ-ni Rusiya və Moskvaya dəstək verən ölkələrə qarşı müharibəyə cəlb etmək olub.
Medvedçuk bildirib ki, Vaşinqton istəsə belə, Zelenskinin tələb etdiyi addımları atmaq imkanında deyil.
13:25 31.07.2026
Oxunuş sayı: 54