Medvedçuk: Zelenski ABŞ-dən istədiyini ala bilmədi
Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-ə son səfəri zamanı məqsədinin Vaşinqtonu Rusiya ilə daha geniş müharibəyə cəlb etmək olduğunu iddia edən ukraynalı siyasətçi Viktor Medvedçuk onun istəyinə nail ola bilmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Medvedçukun sözlərinə görə, Zelenski ABŞ-dən "əliboş" qayıdıb.
O iddia edib ki, Zelenskinin uzun illərdir əsas tələbi ABŞ-nin Rusiya və Moskvanı dəstəkləyən ölkələrə qarşı birbaşa müharibəyə qoşulmasıdır. Medvedçuk bildirib ki, Vaşinqton bunu istəsə belə, Zelenskinin tələblərini yerinə yetirmək imkanında deyil.
12:59 31.07.2026
Oxunuş sayı: 44