Rusiya: Gecə ərzində 371 Ukrayna PUA-sı vurulub
Rusiya Müdafiə Nazirliyi gecə ərzində Ukraynaya məxsus 371 pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.
Nazirliyin məlumatına görə, pilotsuz uçuş aparatları Rusiyanın müxtəlif regionları, həmçinin Azov və Qara dəniz akvatoriyası üzərində hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub.
Ukrayna tərəfi Rusiya Müdafiə Nazirliyinin açıqlaması ilə bağlı hələlik rəsmi münasibət bildirməyib.
11:04 31.07.2026
Oxunuş sayı: 46