Misir Prezidenti: Dəmiyyat limanındakı PUA hücumu araşdırılır
Misir Prezidenti Əbdülfəttah əs-Sisi Dəmiyyat limanında qaz daşıyan gəmilərə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumun araşdırıldığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Əs-Sisi bildirib ki, hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Misir Prezidenti eyni zamanda beynəlxalq ictimaiyyəti regionda gərginliyin azaldılması və təhlükəsizlik vəziyyətinin daha da pisləşməsinin qarşısının alınması üçün səyləri gücləndirməyə çağırıb.
10:41 31.07.2026
Oxunuş sayı: 46