İndoneziyada dəhşətli hadisə: 7 metrlik piton kişini udub
İndoneziyada 7 metrlik piton meşədən evə qayıdan kişiyə hücum edərək onu bütöv şəkildə udub.
Crossmedia.az xəbər verir ki, "LADBible" bu barədə məlumat yayıb.
Məlumata görə, hadisə Həşim Lumbessinin meşədən keçərək evinə qayıtdığı zaman baş verib. Nəhəng piton ona hücum edərək bütöv şəkildə udub.
Daha sonra xilasedicilər qeyri-adi dərəcədə şişmiş pitonu aşkar ediblər. İlanın yarılması zamanı Həşim Lumbessinin meyiti onun daxilindən çıxarılıb.
10:16 31.07.2026
Oxunuş sayı: 38