İran XİN rəhbərinin müavini Ermənistana səfər edib
İran xarici işlər nazirinin müavini Həmid Qanbari İrəvana səfər edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan tərəfindən qəbul olunub.
Məlumata görə, tərəflər energetika, nəqliyyat və yol tikintisi sahələrində əməkdaşlığı müzakirə ediblər.
Görüşdə Ermənistanla İran arasında üçüncü yüksək gərginlikli elektrik xəttinin tikintisinin gedişatı da müzakirə olunub. Tərəflər layihənin strateji əhəmiyyətini vurğulayıblar.
22:24 30.07.2026
Oxunuş sayı: 33