Netanyahu: İran Trampı və məni öldürmək istəyib
İsrailin Baş naziri Benyamin Netanyahu İranın ABŞ Prezidenti Donald Trampı və onu öldürmək istədiyini iddia edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Netanyahu İranı planetin əsas terrorçu rejimi adlandıraraq, Tehranın Avropa və Cənubi Amerikaya terrorçular göndərdiyini bildirib.
Onun sözlərinə görə, İran həm Donald Trampı, həm də Netanyahu və onun ailə üzvlərini öldürməyə cəhd edib.
22:16 30.07.2026
Oxunuş sayı: 34