Ərdoğan: Türkiyə Kipr türklərini heç vaxt tək qoymayacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr türklərinə dəstəyin davam edəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
Ərdoğan regiondakı gərginlikdən, Kiprdə yeni hərbi hazırlıqlardan və geosiyasi hesablamalardan istifadə etməyə çalışan dairələri izlədiklərini deyib.
“Yanlış hesablamalar edənlərə bir daha xatırladıram. Türkiyə tarix boyu olduğu kimi, 52 il əvvəl də olduğu kimi, bu gün və sabah da Kipr türkü qardaşlarımızı heç vaxt tək qoymayacaq və köhnə acıların təkrarlanmasına heç bir halda imkan verməyəcək”, – deyə Ərdoğan bildirib.
17:21 30.07.2026
Oxunuş sayı: 37